Logo

“Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” kitabı işıq üzü görüb

30.11.2022 23:24 294 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” monoqrafiyası çap olunub.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, “Sənətkarın elmi pasportu seriyası”nın 31-ci nəşri olan “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” kitabı Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Layihənin müəllifi və “Molla Pənah Vaqif haqqında söz” başlıqlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Mahirə Quliyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Monoqrafiyada görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəsh olunur. Kitabda şairin Azərbaycan poeziyasındakı mövqeyi, yaradıcılığının müxtəlif aspektlərdən təhlili ilə yanaşı, ədəbi irsinin nəşri və tədqiqi tarixi, ədəbiyyatda bədii obrazı da təqdim edilir.

Kitabda yeddi müəllifin on iki araşdırması yer alıb. 342 səhifəlik monoqrafiya “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Xəbər lenti