Logo

Bir qrup şəxs “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SİYAHI

30.11.2022 16:46 224 baxış
IMG

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Əliyev Pənah Əli oğlu

İbrahimov Eldar Rza oğlu

Quliyev İsgəndər Həsən oğlu

Məmmədhəsənov Rafiq Musa oğlu

Nəsirov Məmməd Yahya oğlu”.

Prezident İlham Əliyev, həmçinin Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin  fəxri diplomu” ilə təltif edilib.

Xəbər lenti