Logo

Naməlum şəxs bıçaqla professora hücum edib

29.11.2022 20:33 295 baxış
IMG

Naməlum şəxs Tokio Metropolitan Universitetinin professoruna hücum edərək onu boyun nahiyəsindən bıçaqlayıb.

Tehsil.biz xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hücuma məruz qalan şəxsin Yaponiyada tanınmış  63 yaşlı sosioloq, Tokio Metropolitan Universitetinin müəllimi Şinji Miyadai olduğu bildirilir.

O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, hazırda professorun həyatı təhlükədə deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi axtarır.

Xəbər lenti