"Təhsilimizdə dəyişiklik etmək istəyiriksə, öncəliklə təcrübəli və gənc kadrlara üstünlük verilməlidir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov deyib.
O bildirib ki, DİM-in keçirdiyi buraxılış və qəbul imtahanları qismən sadələşdirilməlidir:
"İmtahanlarda açıq tipli suallardan istifadə olunması şagirdlərimizin bilik və bacarıqlarının artmasına birmənalı olaraq kömək edəcək. Hal-hazırda abituriyentlərimiz test üsulu ilə imtahan verməyə öyrəşiblər. Açıq tipli suallar gördükdə öz fikirlərini düzgün ifadə edə bilmirlər. Açıq tipli suallar imtahanda üstünlük təşkil etdiyi halda oxunulan və öyrənilən tapşırıqlar şagirdin yadında daha yaxşı şəkildə qalacaq və onlar imtahan zamanı daha yaxşı nəticə göstərəcəklər. Test üsulu ilə verilən imtahanlar sanki tapmacadır. Şagird həmin dərs vəsaitini öyrənməsə də, təqribən, məntiqlə cavabı tapır. Bu halda şagirdlər "ən azından variant var" deyərək rahatlıq tapırlar.