Logo

Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

27.09.2022 20:56 181 baxış
IMG

AMEA Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasda baş direktor akademik Muxtar İmanov Anım Gününün təsis edilməsinin əhəmiyyətindən danışıb. İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, professorlar Füzuli Bayat, Seyfəddin Rzasoy, Ramazan Qafarlı çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiyi, torpaqlarımızın şəhidlərimizin canı və qanı bahasına azad edildiyi qeyd olunub. Vurğulanıb ki, 44 günlük müharibədə canlarını fəda edən qəhrəman oğullarımız sayəsində bu gün biz bütün dünyada mənliymizi sübut edə bilirik.

Elmi şuranın iclasında, həmçinin Folklor İnstitutunda vakant olan baş, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqənin nəticələrindən danışılıb. Gizli səsvermə nəticəsində əməkdaşlar iddia etdikləri vəzifələrə seçilmiş hesab edilib.

Xəbər lenti