Logo

“Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihənin təqdimatı keçirilib

25.09.2022 17:54 205 baxış
IMG

“Gəncliyə Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihənin təqdimatını keçirib.

Tehsil.biz xəbər verir ki, Zərdab şəhər Heydər Əliyev Mərkəzində baş tutan təqdimatda 60 məktəbli, müəllim və valideynlər iştirak ediblər.

Təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan edərək, layihənin gedişatına uğurlar arzulayıb.

Təşkilatın sədri Vəfa Xəlilli QHT-lərə Dövlət Dəstəyi Agentliyi, rəhbərlik etdiyi ictimai birlik  və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri barədə məlumat verib.

Təqdimatda Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamil Məmmədov, Gənclər və İdman İdarəsinin rəhbəri Ələkbər Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Peşə liseyinin direktor müavini Nur Qasımov qonaq qismində çıxış edərək layihənin önəmindən danışıblar.

Layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək etmək, fərdi əmək və sahibkarlıq fəaliyyətlərini istiqamətləndirməkdən ibarətdir.

Qeyd edək ki, layihə 2 ay olmaqla, Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

Xəbər lenti