Logo

DİM-də beynəlxalq rus dili imtahanı təşkil edilib

11.08.2022 18:35 241 baxış
IMG

Avqustun 11-də Dövlət İmtahan Mərkəzində ТРKİ (test po russkomu yazıku kak inostrannomu) imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, bir namizəd Xarici dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri əsasında hazırlanmış ТРKİ imtahanın ən yuxarı səviyyəsi – C2 üzrə imtahan verib.

Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter vasitəsilə keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТPKİ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi DİM-dir.

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Xəbər lenti