Logo

Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

09.08.2022 17:04 266 baxış
IMG

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Bu barədə "Report"a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Mərkəzin baş katibi Rövşən Muradov bildirib ki, Mərkəz hazırda dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib: "Mərkəzin fəaliyyətdə olduğu 10 il ərzində Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İsrail, İordaniya, Latviya, Moldova, Polşa, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ kimi ölkələrdə ali səviyyəli toplantılarını təşkil edib”.

Qeyd edək ki, Mərkəzin üzvləri sırasında Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Petro Poroşenko, Giorgi Marqvelaşvili, Amre Musa, Tzipi Livni, İv Leterme, Kerri Kennedi, Valdis Zatlers kimi dünyanın tanınmış siyasətçiləri daxildir.

Xəbər lenti