Logo

“Atropat-2350” mövzusunda respublika elmi konfransı keçiriləcək

09.08.2022 14:50 254 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin təşkilatçılığı ilə dekabrın 22-də “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, konfransa göndərilən tezislərin həcmi 300 sözdən artıq olmamalı, elektron variantı noyabrın 25-dək [email protected] ünvanına göndərilməlidir. Tələblərə cavab verməyən tezislər dərc edilməyəcək. Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.

Konfrans haqqında əlavə məlumat və tezislərə dair tələblərlə Tarix İnstitutunun saytında tanış olmaq mümkündür.

Xəbər lenti