Logo

Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqin tarixi bəlli oldu

18.01.2021 17:20 1057 baxış
IMG

Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək. 

 

Tehsil.biz xəbər verir ki, brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələlərinə toxunulacaq.

 
Brifinq çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.

Xəbər lenti