Logo

Ötən ay BŞTİ-yə 14 873 müraciət daxil olub

04.07.2022 11:27 309 baxış
IMG

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 14 873 müraciət daxil olub.

Tehsil.biz xəbər verir ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 529 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 653 vətəndaş müraciət edib.

İyun ayında BŞTİ-yə 1 900 sənəd (vətəndaşlar tərəfindən 579 ərizə, Təhsil Nazirliyindən 331, digər qurumlardan 186, məktəblərdən 351 məktub və 453  kadr ərizəsi) daxil olub. Həmçinin 791 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul,  informasiya təminatı və digər məsələləri əhatə edib.

Xəbər lenti