Logo

DİM hazırlıq kurslarında iştirak etmək istəyənlərə müraciət edib

18.01.2021 11:42 955 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 21 aprel 2021-ci il tarixindən Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.

 

Kurslarda iştirak etmək üçün qeydiyyat DİM-in saytında 15 yanvar 2021-ci il tarixindən 18 aprel 2021-ci il saat 23:59-dək aparılır.

 

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

 

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaq.

 

Qeyd:

 

Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fənn üzrə qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

 

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.*

 

Hazırlıq kurslarının keçiriləcəyi ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı

 

*DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

Tel: (036 5) 44 04 02 

 

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

Tel: (022 25) 6 50 67 

 

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

Tel: (025 25) 5 24 82

 

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b);

Tel: (023 32) 5 01 21 

 

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

Tel: (024 24) 4 66 14

 

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);

Tel: (021 21) 5 15 23

 

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

Tel: (020 27) 4 66 74

 

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100).

Tel: (020) 205-01-86

 

DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”); Tel: (051) 566-41-73

Xəbər lenti