Logo

Regional Təhsil İdarəsindən sosial şəbəkələrdə paylaşılan video ilə bağlı AÇIQLAMA

02.07.2022 14:31 1414 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara rayon Səncərədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Unuz kənd sakini 2010-cu il təvəllüdlü Eyvazov Amid Nəzərəli oğlu barədə sosial şəbəkələrdə paylaşılan video ilə bağlı  açıqlama yayıb.

Qurumdan "Tehsil.biz"ə verilən məlumata görə, Astara rayon Səncərədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Unuz kənd sakini 2010-cu il təvəllüdlü Eyvazov Amid Nəzərəli oğlu və onun yaşça böyük bacı və qardaşları uzun müddət təhsildən kənarda qalıblar:

"Eyvazov Amid ailəsi ilə birlikdə sərhədyanı ərazidə yaşayır. Ailə maldarlıqla məşğul olur. Unuz kəndində və kənddən 25-30 km məsafədə məktəbin olmaması Eyvazov Amidin təhsildən yayınmasına səbəb olub. Valideynləri tərəfindən 2021-ci ilin fevral ayında Züngüləş kənd ümumi orta məktəbinə fərdi qaydada qəbul olunması ilə bağlı müraciət olunsa da, tədris ilinin II yarısında uşağın məktəb kontingentinə qəbulu mümkün olmayıb".

İdarədə həmçinin bildirilib ki, araşdırma zamanı Eyvazov Amid Nəzərəli oğlunun və kiçik qardaşı Eyvazzadə Amil Nəzərəli oğlunun 01.06.2022-ci il tarixində 1-ci sinfə qəbul olmaq üçün mektebeqebul.edu.az portalından qeydiyyatdan keçdikləri müəyyən edilib:

"Eyvazov Amid Nəzərəli oğlunun 12 yaşı tamam olduğundan təlimata görə fərdi təhsilə cəlb olunmalıdır. Yerli icra nümayəndəliyinin və məktəb direktorunun verdiyi məlumata əsasən əlavə olaraq qeyd edirik ki, Eyvazov Amid anasının soyadını daşıyır. Atası Bünyadov Nəzərəli Şirinəli oğlu 2 dəfə ailə həyatı qurub və 12 övladı var.  Şüvü kəndində yaşayan  1-ci ailəsindən olan 6 övladı məktəbi bitirib. Unuz kəndində yaşayan 2-ci ailəsindən olan övladları isə yuxarıda qeyd edilən səbəblərə görə təhsildən yayınıblar".

Xəbər lenti