Logo

Ədəbiyyat İnstitutunda “Vərəqlərin günahı” kitabının təqdimatı olub - FOTOLAR

30.06.2022 15:33 230 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalidə Nurayın “Vərəqlərin günahı” şeirlər kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbrə verir ki, Tədbirdə “Vərəqlərin günahı” kitabını təqdim edən Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, Xalidə Nurayın şeirləri bir çox cəhətdən poeziyanın tələblərinə cavab verir. Adətən qadın şeirlərində ictimai motivlər az olur. Xalidə xanımın isə aydın, obyektiv azərbaycançılıq mövqeyi var. “İlk dəfə qadın dünyasının özünəməxsusluğu haqqında əsl poetik şeiri Xalidə Nurayın əsərlərində gördüm. Bütövlükdə bu kitab mənə imzasını az tanıdığım, özünü heç tanımadığım yeni bir şairin aydın obrazını tanıtdı. Kitaba “Ön söz” yazdım, çünki Xalidə Nuray Azərbaycan şeirinə bu kitabla öz imzasını qoyub. Özünün fərqli və fərdi sənətkar simasını meydana qoya bilib. Deyə bilərəm ki, Xalidə Nurayın timsalında Azərbaycan ədəbiyyatındakı qadın şairlərimizin sırasına yetkin, ideya cəhətdən azərbaycançı, bədiilik baxımından özünəməxsus, amma obrazlı, səmimi bir şair gəlir. Mən müəllifi təbrik edirəm, uğurlar arzu edirəm”.

İnstitutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd, Türkiyənin ictimai xadimi Mehmet Erdagöz, Özbəkistan Respublikasından şair-tərcüməçi Gülzira Şaripova, filologiya elmləri doktoru Əlizadə Əsgərli kitab və müəllif haqqında fikirlərinin bölüşüblər.

Şərur Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Vaqif Babayev, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, filologiya elmləri doktoru Salidə Şərifova, şair-publisist Nəcibə İlkin, şair İbrahim Yusifoğlu, filologiya üzrə fəlsəfə doktorları Səkinə Bayramova, Yeganə Qəhrəmanova, Müşfiq Borçalı və Elyar İslam, şairlər Rəfiqə Abbasova və İlham Qurbanoğlu Xalidə Nurayın yaradıcılığından bəhs ediblər.

Sonda Xalidə Nuray çıxış edərək tədbirin təşkili üçün minnətdarlığını bildirib.

Xəbər lenti