Logo

“İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda növbəti təlim təşkil olunub

29.06.2022 16:06 194 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış “ mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara motivasiyanın əhəmiyyəti, müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları,  münaqişə situasiyaları və onların yaranma səbəbləri, münaqişələrin həlli yolları, iş yerlərində stresin idarə olunması və s. məsələlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti