Logo

Azərbaycanda ilk peyvənd olunacaq şəxslər sırasında TƏHSİL İŞÇİLƏRİ də var - SİYAHI

16.01.2021 11:52 2047 baxış
IMG

Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq.

 

Tehsil.biz xəbər verir ki, peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.

 

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

 

1-ci mərhələ – Səhiyyə işçiləri;

 

65 yaşdan yuxarı şəxslər;

 

Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

 

2-ci mərhələ – Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

 

50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

 

Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

 

Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

 

 

 

 

Xəbər lenti