Logo

“TEKNOFEST Azərbaycan” başlayıb - FOTOLAR

26.05.2022 11:46 390 baxış
IMG

Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.

Tehsil.biz xəbər verir ki, 29 may tarixinədək davam edəcək olan festival "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində təşkil olunub. 

Təhsil Nazirliyi festivalda STEAM layihəsinin təşkilatçılığı ilə şagird və tələbə kateqoriyaları üzrə keçirilən “Baku Skills” müsabiqəsinin final mərhələsi, həmçinin “STEAM Azerbaijan” layihəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Universitetinin 6 layihəsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən 3 layihə və materiallarla təmsil olunacaq. 

Festival çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların STEAM məzmunlu innovativ məhsul və həllərinin, müxtəlif layihələr çərçivəsində hazırladıqları prototiplərin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Xəbər lenti