Logo

Britaniyanın məşhur nəşriyyatı Qarabağ münaqişəsinin tarixi və siyasi perspektivlərinə dair kitab çap edəcək

25.05.2022 16:11 103 baxış
IMG

Britaniyanın məşhur “Routledge Taylor & Francis Group” beynəlxalq nəşriyyat evi “Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi perspektivlər” kitabını çap edəcəyini elan edib.

"Tehsil.biz"in xəbərinə görə, bu barədə Londonda yaşayan tanınmış azərbaycanlı hüquqşünas, “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri Fərhad Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın Yuta Universitetinin politologiya professoru M.Hakan Yavuzun və Tennesi Texnologiya Universitetinin politologiya professoru Maykl M.Günterin redaktorluğu ilə ərsəyə gələn kitab bu ayın sonuna kimi nəşr olunacaq. “Müəyyən dərəcədə əminliklə deyə bilərəm ki, hazırda bu, Qarabağ münaqişəsinin Qərbdə dərc olunan ən ətraflı beynəlxalq hüquqi təhlilidir”, - deyə soydaşımız nəzərə çatdırıb.

Qeyd edək ki, kitabda Azərbaycanın Qarabağ regionu ilə bağlı münaqişənin hərtərəfli icmalı təqdim olunub. Mübahisənin tarixi inkişafı təsvir edilib, siyasi və sosial cəhətləri, ərazi uğrunda gedən müharibələr, Azərbaycanın mühüm qələbəsi ilə nəticələnən 2020-ci il müharibəsi araşdırılıb və beynəlxalq aspektlər müzakirə edilib. Kitaba Qərb və Azərbaycan alimlərinin münaqişə ilə bağlı məqalələri daxil edlib. Onların arasında Fərhad Mirzəyevin “Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq hüquqi qiymət” sərlövhəli məqaləsi də var.

Kitabı link vasitəsilə əldə etmək mümkün olacaq.

Xəbər lenti