Logo

ADU tələbələri “Şöhrət” muzeyində olublar - FOTO

25.05.2022 14:05 704 baxış
IMG

Azərbaycan Dillər Universitetinin tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibət ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər.

Tehsil.biz xəbər verir ki, onlar “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatları əks etdirir.

Xəbər lenti