Logo

Gömrük Akademiyasının əməkdaşları Azərbaycan-Litva biznes forumunda iştirak ediblər - FOTO

19.05.2022 15:31 732 baxış
IMG

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki ölkənin dövlət başçılarının, rəsmi şəxslərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları da iştirak ediblər. Dövlət başçılarının biznes forumdakı çıxışlarından sonra Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən sazişlərin imzalanması mərasimi keçirilib.

Litva nümayəndə heyəti ilə görüşlər zamanı  Akademiya əməkdaşları Litva Respublikasının Prezidentinin məsləhətçisi Vaidas Augustinavicius, Litvanın ölkəmizdəki missiyasının rəhbər müavini Viktoras Dagilis, Mykolas Romeris Universitetinin prorektoru, prof. Regina Valutyte, o cümlədən Litvanın müxtəlif qurumlarının təmsilçiləri ilə görüşərək qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıblar. Görüş zamanı Akademiya tərəfindən Litva Respublikasının Prezidentinin məsləhətçisi Vaidas Augustinaviciusa Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə nəşr olunmuş “Azərbaycan Gömrüyü: dünən, bu gün, sabah” adlı kitab hədiyyə edilib.

Xəbər lenti