Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

17.05.2022 19:40 245 baxış
IMG

17 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, işçi qrupunun iclasında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11‑ci sinif “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının dərsliklə müqayisəli təhlili olub.

İclasda işçi qrupunun üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirə davam etdiriləcək.

Xəbər lenti