Logo

Təhsil naziri Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşüb - FOTO

17.05.2022 18:14 210 baxış
IMG

Mayın 17-də təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının icraçı direktoru Devid Kavanou ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüş zamanı “İqtisadi Şaxələndirmə üçün Peşə Təhsili və Təliminin Müasirləşdirilməsi üzrə Sektorun İnkişafı Proqramı” çərçivəsində ölkəmizdə peşə təhsilinin inkişafına yönəlmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti