Logo

DİM-də ekspertlər üçün təlim keçirilib

13.05.2022 18:35 231 baxış
IMG

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət imtahanlarında şəffaflığı təmin etmək məqsədilə imtahanlarda ekspert kimi iştirak edə biləcək mütəxəssislərə müraciət edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, müraciətdən sonra bəzi mütəxəssislər imtahanda ekspert kimi iştirak etmək istədiklərini qeyd ediblər.

13 may tarixində Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün DİM-ə müraciət edən mütəxəssislərə qabiliyyət imtahanlarının təlimatı təşkil edilib.

Təlimatda Musiqi sənəti istiqaməti üzrə imtahanların təşkili və məzmunu haqda ətraflı məlumat verilib. Bundan əlavə, bu istiqamətə aid bütün ixtisaslar üzrə qiymətləndirmənin spesifik nüanslarına toxunulmuş və qiymətləndirmənin qaydaları izah edilib. Təlimatın məqsədi ekspertlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək və daha çox ekspertin imtahanlarda iştirakını təmin etməkdir.

Xatırladaq ki, ekspertlər üçün təlimat qabiliyyət imtahanı günü imtahandan əvvəl də keçiriləcək.

Xəbər lenti