Logo

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

26.01.2022 18:15 276 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 26-da fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib.

DİM-dən bildirilib ki, fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə ötən il keçirilmiş qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi tapşırıqların izahına dair metodik tövsiyənin hazırlanması olub.

Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyənin hazırlanması olub.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qrupunun növbəti iclası fevralın 2-də keçiriləcək.

Xəbər lenti