Logo

Macarıstan portalında diaspor gəncləri layihəsinin iştirakçısının Azərbaycan barədə məqaləsi dərc edilib

19.01.2022 08:45 629 baxış
IMG

Macarıstanın https://dailynewshungary.com xəbər portalında "Ermənistan–Azərbaycan müharibəsi macar gözü ilə” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məqalənin müəllifi komitənin “Diaspor gəncləri 1+1” layihəsinin Macarıstandan olan iştirakçısı Andraş Baloqdur.

Müəllif qeyd edib ki, Qərb mətbuatında Qarabağ münaqişəsini tez-tez xristian-müsəlman müharibəsi kimi qələmə verirlər. Lakin bu, tamamilə həqiqətəuyğun deyil. Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınıb.

Məqalədə Ermənistanın Qarabağı işğal etməsi, 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, azad olunmuş torpaqlarda aparılan yenidənqurma və abadlıq işləri, Füzuli Beynəlxalq Hava Limanının qısa müddət ərzində tikilib istifadəyə verilməsi, Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq əlaqələri, rəsmi Budapeştin müharibə vaxtı ölkəmizi dəstəkləməsi, 2019-cu ildən Macarıstan paytaxtında Azərbaycan Evinin açılması və sair barədə məlumat verilib.

Xəbər lenti