Logo

“Bu qərar İT kadrların hazırlanmasına ciddi təsir edəcək” - Osman Gündüz

13.01.2022 14:32 564 baxış
IMG

"2023-cü ildə ölkədə ilk dəfə olaraq kompüter və İT ixtisası seçənlər abituriyentlər informatikadan imtahan verəcəklər. İllərdir​ davam edən ictimai müzakirələrdən, müraciətlərdən sonra nəhayət Dövlət İmtahan Mərkəzi qərar verib ki, 2023-cü ildə qəbul​ imtahanı informatikadan olacaq. Buna doğurdan da çox əhəmiyyətli bir məsələdir. Hesab edirəm ki, bu qərar ölkənin gələcək rəqəmsal mühitinə və transformasiya prosesinə, İT kadrların hazırlanmasına, rəqəmsal savadlılığın inkişafına çox ciddi təsir edəcək. Ali məktəblərə qəbul olanların rəqəmsal səviyyəsi xeyli artacaq”.

Bunu Bakupost.az-a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Forum prezidentinin sözlərinə görə, artıq informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlanıb. Proqramda prinsipal məqam ondan ibarətdir ki, mövzular Təhsil Nazirliyi tərəfindən informatika istiqamətində gerçəkləşdirilən müxtəlif layihələr əsasında deyil, doğru olaraq V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular əsasında hazırlanıb: “Artıq 2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər, müəllimlər , maraqlı tərəflər​ bu proqram əsasında imtahana elə indidən hazırlaşa bilərlər. ​ Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi, məktəblər, şagirdlər, valideynlər və kurslar informatikadan imtahan hazırlığına ciddi hazırlaşmalıdır. İnformatikanın tədrisinin yaxşılaşması, müəllimlərin və şagirdlərin hazırlığının yüksəldilməsi üçün nazirlik, məktəblər və valideynlər bu sahəyə resurslar ayırmalıdır. Təmayülləşmə inkişaf etdirilməlidir. Sınaq imtahanların sayı artırılmalıdır”.

Xəbər lenti