Logo

TKTA Yevlax şəhərində qadın sahibkarlıq yarmarkasında təmsil olunub

07.12.2021 13:20 129 baxış
IMG

4 dekabr 2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri Azərbaycan Respublikası Kiçik və Orta Biznesin (KOBİA) İnkişafı Agentliyi və Ucar-Zərdab KOB Mərkəzi tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH icra etdiyi “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadi İnkişafı” layihəsinin texniki dəstəyi ilə Yevlax şəhərində təşkil edilmiş “Uğurumu Özüm Qazandım” layihəsi çərçivəsində Qadın Sahibkarlıq yarmarkasında təmsil olunub.

Tehsil.biz xəbər verir ki, sözügedən tədbirdə Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva çıxış edərək həmin regionda məskunlaşmış kiçik və orta sahibkarlıqla məşğul olan məcburi köçkünlərə “Sənətin varsa, sənədin olacaq” layihəsi barədə məlumat verib.

Sərgidə iştirakın məqsədi regionlarda yaşayan məcburi köçkünləri qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti ilə bağlı məlumatlandırmaq və həmin vətəndaşların məşğulluq imkanlarının artırılmasına dəstək olmaqdır.

Qeyd edək ki, EPIC proqramı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Xəbər lenti