Logo

BŞTİ müdiri videoqəbul keçirib

07.12.2021 12:54 112 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva videoqəbul formatında vətəndaş qəbulu keçirib.

Tehsil.biz xəbər verir ki, idarə müdiri vətəndaşların müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Videoqəbulda qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Videoqəbulda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

BŞTİ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Çağrı Mərkəzinə (146-0 nömrəli) zəng etməklə və ya İdarənin saytındakı müvafiq bölməyə (https://baku.edu.gov.az/az/page/50 ) daxil olmaqla məlumat ala bilərlər.

Xəbər lenti