Logo

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün imtahanlar həyata keçiriləcək

06.12.2021 17:25 124 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün imtahanlar həyata keçiriləcək.

Əldə edilmiş razılığa əsasən, 9-10 dekabr 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə monitorinq imtahanları keçiriləcək.

İmtahanlar 4-cü və 5-ci sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilir. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilir.

İmtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunacaq.

İmtahanların siniflər və mərhələlər üzrə keçirilmə vaxtı linkdəki cədvəldə qeyd olunub. İmtahanlar  Azərbaycan dilində aparılır. 

Xəbər lenti