Logo

TKTA “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir

25.11.2021 14:58 1216 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;
  • Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
  • Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
  • Minimum yaş həddi - 30 yaş

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;
  • Özünüinkişaf və karyerada yüksəliş imkanı;
  • Yüksək əməkhaqqı.

İş qrafiki: Tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafik.

Son müraciət tarixi: 10.12.2021

Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər.

Xəbər lenti