Logo

ADU-da YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib 

20.11.2021 12:32 358 baxış
IMG

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə ADU-nun rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib, müstəqilliyimiz, vətənimizin bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov çıxış edərək dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gəncliyin  rolundan, Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Dos. Ələddin Əliyev Yeni Azərbaycan Partiyasının veteranı kimi partiyanın yarandığı dövrdəki siyasi şəraiti təhlil edib, dövrün çətinliklərindən, belə çətin zamanlarda xalqın tələblərinə cavab verən partiyanın yaranmasından danışıb və  tələbələrə öz tövsiyələrini verib. 

Dos. Qorxmaz Mustafayev “Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin formalaşmasında rolu” mövzusunda çıxışında partiyanın əsas ideoloji xəttini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşmasındakı rolundan, Azərbaycançılıq ideologiyasından danışıb.  Partiyanın ideoloji xətti olub, dövlətin daha da güclənməsində rolu olan müstəqillik, dövlətçilik, vətənpərvərlik, varislik, əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi prinsiplərinin həyata keçirildiyini qeyd edib.

Jurnalistika ixtisasının III kurs tələbəsi Elşən Hüseynli “Cəmiyyətin həyatında müasir gəncliyin oynadığı rol” mövzusunda çıxış edib, gənclərin siyasi, ictimai həyatdakı fəallığını diqqətə çatdırıb. Tərcümə fakültəsinin I kurs tələbəsi Fidan Süleymanlı “Dövlət idarəçiliyində Azərbaycan gəncliyinin rolu” mövzusunda çıxış edib.

Tədbirdə gənclərin dövlətin və cəmiyyətin həyatındakı mühüm rolu vurğulanıb, tələbələrə daha yaxşı oxumaları, dövlətçilik ənənələrimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi yaxşı mənimsəyərək öyrəndikləri xarici dillərdə təbliğ etmələri, ictimai həyatda daha da fəal olmaları tövsiyə olunub.

Xəbər lenti