Logo

Məktəblərdə “Media savadlılığı” ilə bağlı materiallar nümayiş olunacaq

27.11.2020 16:59 299 baxış
IMG

2021–2025-ci illərdə “Media savadlılığı” ilə bağlı materiallar onlayn vasitələrlə orta təhsil müəssisələrində nümayiş olunacaq

 

Xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

 

İşin icrası Milli Televiziya və Radio Şurası və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

 

Bundan başqa, Fəaliyyət Planında 2021–2025-ci illərdə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması da nəzərdə tutulur.

Təhsil Nazirliyi bu infrastrukturu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradacaq.

Xəbər lenti