Logo

Sinif otağını səngərə dəyişən MÜƏLLİMLƏRİMİZ - Sizinlə fəxr edirik!

27.11.2020 16:27 580 baxış
IMG

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

 

Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olub. 

 

Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qoşqar Ömərov torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov Vətən uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Oğuz r/n Sincan kənd tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rəvan Lətifov Şuşa şəhərinin azad ediləməsi uğrunda qəhrəmanlıq göstərərək Şəhidlik məqamına yüksəlib..

Xəbər lenti