Logo

Esseyə verilən qiymətlər elan edilib

27.11.2020 15:42 229 baxış
IMG

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün noyabrın 20-də keçirilən xarici dil üzrə elektron sınaq imtahanında yazı bloku üzrə esseyə verilən qiymətlər elan edilib.

 

Məlum olduğu kimi, 2020-ci il noyabrın 20-də doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə elektron sınaq imtahanı keçirilib.

 

İmtahanda 174 nəfər iştirak edib. Sınaq imtahanı doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilib və 2 saat 30 dəqiqə davam edib (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılıb).

 

İmtahan iştirakçıları sınaq imtahanının yazı blokunda yazdıqları esseyə verilən qiymətlərlə cədvəldən* tanış ola bilərlər.

 

Qeyd edək ki, esse yazısı maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər məqbul hesab olunur.

 

Xatırladaq ki, digər bloklar (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku) üzrə imtahan nəticələri iştirakçılara noyabrın 20-də, imtahan yekunlaşdıqdan dərhal sonra arayış formasında təqdim olunub.

 

Yaxın günlərdə DİM-in internet saytında sınaq imtahanında namizədlərin göstərdikləri nəticələr haqqında statistik göstəricilər əsasında təhlil təqdim olunacaq.

 

*Cədvəldə iştirakçıların iş nömrəsi göstərilib. İş nömrəsini imtahana qeydiyyatdan keçdiyiniz səhifədən əldə edə bilərsiniz.

Xəbər lenti