Logo

Vətən Müharibəsi iştirakçısından nazir Emin Əmrullayevə müraciət

27.11.2020 14:24 243 baxış
IMG

Vətən Müharibəsinin iştirakçısı olan əsgər  Təhsil naziri Emin Əmrullayeva müraciət edib. Müraciət sosial şəbəkələrdə və qruplarda yayılıb.

 

Tehsil.biz həmin müraciəti təqdim edir:

 

“Mən Rüstəmzadə Rüstəm Hüseyn oğlu başda Ali Baş Komandan olmaqla  bütün Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, döyüşçülərimizə  və Azərbaycan xalqına isə sülh, əminamanlıq və can sağlığı arzu edirəm. Buradan cənab Təhsil  nazir Emin Əmrullayevə müraciət etmək istəyirəm. Artıq 3 ildir ki, xaricdə  təhsilimi başa vurmuşam. Onun təsdiqlənməsi üçün isə akreditasiya və nostrifikasiya idarəsinə təqdim etmişəm. Lakin 3 ildir ki, diplomum öz təsdiqini tapmayıb.

 

Xahiş edirəm, cənab nazir Emin Əmrullayev  mənə diplomumun təsdiqlənməsi üçün köməklik göstərəsiniz.Çox sağ olun, təşəkkür edirəm”.

Xəbər lenti