Logo

Bakı Ali Neft Məktəbinin əməkdaşları İllik Xəzər Texniki  Konfransında iştirak ediblər

19.10.2021 10:35 886 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) dosentləri və müəllimləri Bakıda keçirilən Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki  Konfransında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, heyət üzvləri "Birləşmiş Millətlər Təşkilatının Resurslar üzrə Çərçivə Təsnifatı (BMTÇT) konsepsiyası  və onun Azərbaycanda tətbiq imkanları" mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransa Neft-qaz Mühəndisliyi kafedrasının dosentləri  - texnika üzrə fəlsəfə doktoru Nərminə Qarayeva, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, Qəşəm Zeynalov, kafedranın baş müəllimi Elxan Əhmədov, kafedranın  müəllimi Aida Aslanova və SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun "Neft və qaz ehtiyatlarının hesablanması" laboratoriyasının müdiri, yer elmləri üzrə fəlsəfə doktoru Ağarza Hacıyev və həmin laboratoriyanın müdir müavini Fərid Rəhimov qatılıblar.

Məruzələr əsasında hazırlanan 14 səhifədən ibarət "Birləşmiş Millətlər Təşkilatın Çərçivə Təsnifatının konsepsiyası və onun Azərbaycanda tətbiqlər imkanları" adlı məqalə SPE-nin  "OnePetro" elektron məlumat bazasında onlayn formatda yayımlanıb

Xəbər lenti