Logo

HTP məzunundan təlim proqramı

22.09.2021 18:23 248 baxış
IMG

Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.

24 sentyabr 2021-ci il saat 18:00 tarixində keçiriləcək növbəti təlim “Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusuna həsr edilib.

Təlimçi HTP proqramı çərçivəsində Çində kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almış Nadir Nadirlidir.

Təlimdə iştirak etmək üçün müvafiq link  https://forms.gle/NBZfqvduRAb8KRAL6 vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Xəbər lenti