Logo

Təhsil naziri Gəncə STEAM Mərkəzinin açılışında iştirak edib

22.09.2021 12:07 590 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev bu gün Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan Gəncə STEAM Mərkəzinin açılışında iştirak edib.

Tehsil.biz xəbər verir ki, Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub.

Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər.

Xəbər lenti