Logo

Biləsuvarda yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik tədbirlər görülür

22.09.2021 08:52 256 baxış
IMG

Yeni tədris ilinin başlanması ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları tərəfindən yollarda hərəkətin və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması, azyaşlıların həyat və sağlamlıqlarının qorunması polisin qarşısında duran əsas vəzifələrdəndir.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində şəhər ərazisindəki bütün küçə və prospektlərdə, hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək piyada keçidlərində və yol nişanlarında cizgilənmə işləri aparılır.

Xəbər lenti