Logo

Döyüşçü yetirmələri ilə qürur duyan müəllim

02.08.2021 14:53 392 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi zamanı xüsusi fəallığı ilə seçilən müəllim İlham Şamilovun bioqrafiyasını təqdim edirik:

 

İlham Aşur oğlu Şamilov 1966-cı ildə anadan olub.

 

1983-cü ildə Bakı şəhəri 106 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Müəllimlər İnstitutunda təhsil alıb.

 

1993-cü ildən Bakı şəhəri 139 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

 

İ.Şamilov Vətən Müharibəsi zamanı çağırışçıların döyüş zonalarına yaxın yerlərə çatdırılmasında yaxından iştirak edib.

 

Yetirmələri olan keçmiş şagirdlərinin Vətən Müharibəsində qəhrəmanlıqla döyüşdüklərini, Azərbaycan naminə hər zaman canlarından keçməyə hazır olduqlarını deyən İ.Şamilov bir müəllim kimi əmindir ki, belə şücaətli gənclər var olduqca bu Vətən heç zaman düşmənə yenilməyəcək.

Xəbər lenti