Logo

Azərbaycanlı şair vəfat etdi

02.08.2021 13:41 529 baxış
IMG

Güney Azərbaycanlı şair Mahmud Dəstpiş (Valeh) 87 yaşında vəfat edib.

 

Tehsil.biz-in xəbərinə görə, o, məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi kimi tanınırdı. Türk dili və ədəbiyyatı üzrə mütəxəssis idi.

 

Mahmud bəy 1934-cü ildə Bakıda anadan olmuşdu.

 

Əslən Ərdəbildən olan şairin ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb, sonra yenidən Ərdəbilə qayıdıb.

 

“Salam gətirmişəm" türk şeirlər divanı, “Türkcə sözlük”, “Füzulidən Şəhriyara qədər”, “El sovqatı”, “Dağa dönmüşəm” və “Məşədi İbad nümayişinin tərcüməsi” maraqlı əsərlər müəllifidir.

 

Allah rəhmət eləsin!

 

Kulis.az

Xəbər lenti