Logo

Müəllim olmaq istəyənlər üçün təkrar imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ CAVAB

31.07.2021 13:42 638 baxış
IMG

2021-2022-ci tədris ili üçün müəllimlərin işi qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Tehsil.biz xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

 

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

Xəbər lenti