Logo

Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi oldu

20.06.2021 14:04 217 baxış
IMG

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova “Green  Awards” müsabiqəsinin qalibi olub.


Tehsil.biz xəbər verir ki, o, bu barədə öz “Facebook” profilində paylaşım edib.
 

Paylaşımda deyilir:
 

“Əziz dostlar, çox böyük qürur hissi ilə bildirmək istəyirəm ki, sizin səsləriniz sayəsində finala çıxdığım Greentech Festival-ı nəzdində keçirilən Green Awards (Yaşıl Mükafatlar) müsabiqəsində qalib oldum. Sevincimin həddi-hüdudu yoxdur. Bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək və Azərbaycan adına qalıb olmaq böyük şərəfdir. Sizə mənə olan dəstək və etimadınıza görə sonsuz minnətdaram!”

Xəbər lenti