Logo

Bu gün rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçirilir

20.06.2021 08:06 248 baxış
IMG

20 iyun 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı,  xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir. 

 

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (birinci cəhd)

 

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) 1738 namizəd iştirak edəcək. Onlardan 1457 nəfər Azərbaycan, 281 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 737 nəfəri oğlan, 1001 nəfəri isə qızdır. 13 nəfər xarici ölkə vətəndaşıdır.

 

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

 

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı

 

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd  qeydiyyatdan keçib. 

 

İmtahan Bakı şəhərində keçirilir. İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək.

 

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları

 

İmtahanlarda 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

 

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçirilir. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ( xarici dil üzrә doktoranturaya qәbul imtahanında esse yazılmasına, xarici dil üzrә fәlsәfә doktoru imtahanında isə vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.

 

Yuxarıda qeyd olunan imtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

Xəbər lenti