Logo

Şabranda məktəbdən başlayan yanğın bağlara və dəmir yoluna keçib

17.06.2021 15:55 239 baxış
IMG

Şabran rayon 3 saylı tam orta məktəbin yaxınlığındakı zibillikdən başlayan yanğın sonra sakinlərin bağlarına və dəmir yoluna keçib.

 

BAKI, 17 iyun — Sputnik. Şabranda güclü yanğın olub. Hadisə rayon mərkəzində, Nizami küçəsi 17 ünvanında baş verib.

 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Şabran rayon 3 saylı tam orta məktəbin yaxınlığındakı zibillikdən başlayıb. Hava küləkli olduğundan yanğın məktəbin həyətinə keçib. Yanğın zamanı məktəbin həyətindəki ağaclar və həyətinin çəpəri yanıb.

 

Daha sonra isə yanğın yaxınlıqda yaşayan Daşdəmirova Nailə Qüdrət qızının bağ sahəsinə, oradan da Şabran rayon Dəmir Yolu Stansiyasının ambulatoriya binasına keçib.

 

 

Şabranda yanğının baş verdiyi yerdə, 17 iyun 2021-ci il Sputnik / Leyla Abdullayeva

​​​​​​

 

Şabranda yanğının baş verdiyi yerdə, 17 iyun 2021-ci il Sputnik / Leyla Abdullayeva

 

 

Şabranda yanğının baş verdiyi yerdə, 17 iyun 2021-ci il Sputnik / Leyla Abdullayeva1 / 3Şabranda yanğının baş verdiyi yerdə, 17 iyun 2021-ci il

 

N.Daşdəmirova məxsus meyvə bağı tamamilə yanıb.

 

Yanğını söndürmək üçün hadisə yerinə Şabran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəbər lenti