Logo

SABAH qruplarına müəllim seçimi

16.06.2021 14:45 338 baxış
IMG

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

 

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

 

Qeyd edilən tələblərə cavab verən namizədlər iyunun 22-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.

 

Müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/2SBjQXC  daxil olaraq əldə edə bilərsiniz.

Xəbər lenti